Xaricilər Azərbaycandakı banklardan əmanətlərini geri çəkirlər

Xaricilər Azərbaycandakı banklardan əmanətlərini geri çəkirlər
16:52 11 Dekabr 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 11 dekabr. REPORT.AZ/ Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarında qeyri-rezidentlərin əmanətlərinin ümumi həcmi 2017-ci ilin oktyabr ayı ərzində 16,5 mln. manat və ya 2,1% azalaraq noyabrın 1-nə 766,6 mln. manat təşkil edib.
“Report” bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) aylıq hesabatına istinadən xəbər verir.
Qeyri-rezidentlərin əmanətlərinin 54,9 mln. manatı və ya 7,2%-i milli valyutada, qalanı isə xarici valyutada yerləşdirilib.
Noyabrın 1-nə fiiziki şəxslərin əmanətlərinin həcmi 7 280,1 mln. manat təşkil edib ki, bu da aylıq müqayisədə 257,9 mln. manat və ya 3,7% artım deməkdir. Əmanətlərin 2 189,6 mln. manatı və ya 30,1%-i milli valyuatada, qalanı xarici valyutada yerləşdirilib.
Hesabaata əsasən, qeyri-rezidentlərin əmanətlərinin həcmində azalma olsa da, rezidentlərin əmanətlərinin həcmi oktyabrda 274,4 mln. manat və ya 4,4% artaraq noyabrın 1-nə 6 513,5 mln. manata çatıb. Rezidentlərin əmanətlərinin 2 134,6 mln. manatı və ya 32,8%-i milli valyutada saxlanılır.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/xariciler-azerbaycandaki-banklardan-emanetlerini-geri-cekirler

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR