“UNEC-in inkişaf strategiyasının əsasını Heydər Əliyevin tövsiyələri təşkil edir”

“UNEC-in inkişaf strategiyasının əsasını Heydər Əliyevin tövsiyələri təşkil edir”
16:54 11 Dekabr 2017
50 Digər
Ölkə mətbuatı
A- A+

 

UNEC-də Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirilib.

Lent.az-ın məlumatına görə, tədbir iştirakçıları Ümummilli liderin universitetdə ucaldılan büstü önünə gül dəstələri qoyaraq, Ulu öndərin əziz xatirəsini ehtiramla yad ediblər.

Tədbirdən öncə Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Heydər Əliyevin azərbaycançılıq ideologiyasının əsasını qoyduğunu diqqətə çatdıran UNEC-in rektoru, professor Ədalət Muradov ölkəmizin dünyada tanıdılması və beynəlxalq aləmdə nüfuzunun möhkəmləndirilməsində Ümummilli liderin əvəzsiz xidmətlərindən danışıb. Heydər Əliyev irsinin öyrənilməsinin vacibliyini bildirən rektor dahi şəxsiyyətin məğlubedilməzlik, əbədi qalib nümunəsi olduğunu vurğulayıb. Rektor H.Əliyevin kadr hazırlığı siyasətinə xüsusi önəm verdiyinə diqqət çəkərək, onun bu istiqamətdəki tövsiyələrinin UNEC-in inkişaf strategiyasının əsasını təşkil etdiyini bildirib.

Millət vəkili Musa Quliyev H.Əliyevin keçdiyi həyat yoluna, xalqımız qarşısında xidmətlərinə nəzər saldıqda, onun təkcə Azərbaycanın deyil, həmçinin, dünyanın nəhəng siyasətçilərindən biri olduğunu qeyd edib. O, H.Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə apardığı uğurlu daxili və xarici siyasətdən bəhs edərək, dahi şəxsiyyətin müstəqillik, demokratiya, ədalətlilik, milli tərəqqi, dünyəvilik kimi ümumbəşəri dəyərlərin əsasını qoyduğunu bildirib. M.Quliyev, H.Əliyevin rəhbərliyi ilə ölkəmizin qazandığı bütün uğurların Prezident İlham Əliyev tərəfindən bu gün də uğurla davam etdirildiyini və daha da zənginləşdirildiyini diqqətə çatdırıb.

YAP Səbail rayon UNEC ilk ərazi təşkilatının sədri, prorektor Mikayıl Zeynalov H.Əliyevin ordu quruculuğundakı rolundan danışıb. Görkəmli siyasi xadim Heydər Əliyevin həm də qüdrətli Azərbaycan Ordusunun yaradıcısı olduğuna diqqət çəkən M.Zeynalov Azərbaycan Silahlı Qüvvələrinin bu gün NATO standartlarına cavab verən səviyyədə formalaşdığını və gündən-günə daha da möhkəmləndiyini qeyd edib.

UNEC-in kaferda müdiri, professor Əli Əlirzayev Azərbaycan dövlətinin yaranmasında, inkişafında və dünyada tanınmasında Heydər Əliyevin əvəzsiz rolundan söz açıb, onun rəhbərliyi ilə gerçəkləşən genişmiqyaslı quruculuq proqramlarından bəhs edib. UNEC-in Rus İqtisad Məktəbinin tələbəsi İmran Elçinoğlu Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasəti və onun əhəmiyyətindən danışıb.

Tədbirdə Heydər Əliyevin mənalı həyatı yolu və siyasi fəaliyyətinə həsr edilən videoçarx nümayiş olunub.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/289889

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR