Azərbaycan-Gürcüstan sərhəddində bayramqabağı yarana biləcək sıxlığın qarşısının alınması yolları müzakirə edilib

Azərbaycan-Gürcüstan sərhəddində bayramqabağı yarana biləcək sıxlığın qarşısının alınması yolları müzakirə edilib
17:02 11 Dekabr 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 11 dekabr. REPORT.AZ/ Dövlət Gömrük Komitəsi (DGK) Tovuz Gömrük İdarəsinin Gürcüstanla sərhəddə yerləşən "Sınıq Körpü" gömrük postunda Azərbaycan və Gürcüstan gömrük xidmətləri nümayəndə heyətlərinin görüşü keçirilib.
Bu barədə “Report”a DGK-dan məlumat verilib.
Məlumata görə, Azərbaycan nümayəndə heyətinin tərkibində DGK-nın Maliyyə-Tarif və Valyuta Nəzarəti Baş İdarəsinin rəisi Mirqasım Vahabov, Gürcüstan nümayəndə heyətinin tərkibində isə Gürcüstan Maliyyə Nazirliyinin Mili Gəlirlər Xidmətinin Qeyri-Tarif İdarəetmə şöbəsinin rəisi Zurab Marşania iştirak ediblər. 
Görüşdə Azərbaycan və Gürcüstan arasında gömrük xidməti sahəsində qarşılıqlı əməkdaşlıqın daha da artırılması, gömrük prosedurlarının və ticarətin asanlaşdırılması, gömrük sərhəddindən malların və nəqliyyat vasitələrinin maneəsiz və operativ qaydada keçirilməsi, həmçinin malların mənşə ölkəsinin müəyyənləşdirilməsi istiqamətində hüquqi tənzimləyici sənədlərin yenidən işlənib hazırlanması üçün məsələlər müzakirə olunub, bayram qabağı gömrük-sərhəd keçid məntəqələrində insan axınının çox olması nəticəsində yarana biləcək sıxlığın vaxtında aradan qaldırılması üçün müvafiq tədbirlərin görülməsinin vacibliyi vurğulanıb.

Xəbərin orijinal ünvanı: https://report.az/biznes/azerbaycan-gurcustan-serheddinde-bayramqabagi-yarana-bilecek-sixligin-qarsisinin-alinmasi-yollari-muzakire-edilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR