Axtarışda olan cinayətkar Ermənistan ordusunda xidmət edirmiş

Axtarışda olan cinayətkar Ermənistan ordusunda xidmət edirmiş
18:02 11 Dekabr 2017
89 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 11 dekabr. REPORT.AZ/ Ermənistan ordusu tərəfindən işğal olunmuş Madagiz yaşayış məntəqəsində yerləşən düşmən ordusunun hərbi hissələrindən birində qulluq edən hərbçi məzuniyyətdə olarkən polis tərəfindən həbs edilib.
"Report"un məlumatına görə, hərbi hissə komandiri tərəfindən məzuniyyətə göndərilən, ikinci taborun hərbi qulluqçusu Rafael Barsamyan Yerevan şəhərində həbs olunub.
Sonradan məlum olub ki, R.Barsamyan hərbi xidmətə çağırılmamışdan əvvəl törətdiyi cinayətə görə polis tərəfindən axtarışda imiş.

Xəbərin orijinal ünvanı: https://report.az/dagliq-qarabag/axtarisda-olan-cinayetkar-ermenistan-ordusunda-xidmet-edirmis

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR