Sabah bir sıra avtobusların hərəkət trayektoriyası dəyişəcək

Sabah bir sıra avtobusların hərəkət trayektoriyası dəyişəcək
18:13 11 Dekabr 2017
46 Ölkə
Ölkə mətbuatı
A- A+

Bir sıra marşrut xətləri üzrə avtobusların müvəqqəti sxemi dəyişdiriləcək.

Bakı Nəqliyyat Agenyliyindən Publika.az-a verilən məlumata görə, dekabrın 12-də ümummilli lider Heydər Əliyevin xatirəsinin yad edilməsi məqsədilə Parlament prospekti Fəxri Xiyaban istiqamətində bütün küçə və prospektlərdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq.

“Bu səbəbdən də qeyd edilən küçə və prospektlərdən keçən müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət trayektoriyası da səhər saat 07:00-dan tədbir tam başa çatana qədər dəyişdiriləcək. Sərnişin avtobusları digər nəqliyyat vasitələrinin yönləndirildiyi alternativ küçə və prospektlərdən keçməklə hərəkət edəcək”.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/neqliyyat/223913.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR