Biləsuvarda yol qəzası baş verib, xəsarət alanlar var

Biləsuvarda yol qəzası baş verib, xəsarət alanlar var
18:57 11 Dekabr 2017
53 Ölkə
Ölkə mətbuatı
A- A+

Biləsuvar. 11 dekabr. REPORT.AZ/ Biləsuvar rayonunda yol qəzası baş verib.
"Report"un Aran bürosunun məlumatına görə, hadisə Ələt-Astara magistral avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, iki avtomobilin toqquşması nəticəsində rayon sakini, 1983-cü il təvəllüdlü Ramil Ibadət oğlu Nərimanov və Masallı rayon sakini, 1963-cü il təvəllüdlü Nigar Əvəz qızı Əliyeva müxtəlif dərəcəli bədən xəsarətləri ilə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/bilesuvarda-yol-qezasi-bas-verib-xesaret-alanlar-var1

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR