Pentaqon Putinin əmrini şərh etdi

Pentaqon Putinin əmrini şərh etdi
21:03 11 Dekabr 2017
166 Dünya
Ölkə mətbuatı
A- A+

“Rusiya güclərinin Suriyadan çıxarılması ABŞ-ın bu ölkə ilə bağlı prioritetlərinə təsir etməyəcək”.

Publika.az “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putinin bugünkü əmrini şərh edən ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) Yaxın Şərq üzrə nümayəndəsi Erik Pahon deyib.

“Rusiya qoşunlarının Suriyadan çıxarılması haqqında xəbərlər kontingentin real ixtisarını nəzərdə tutmurlar. Bu, ABŞ-ın Suriya ilə bağlı prioritetlərinə təsir etməyəcək”, - Pahon bildirib.

O, əlavə edib ki, qlobal koalisiya Suriyada işləməyə davam edəcək.

Qeyd edək ki, Rusiya prezidenti Rusiya hərbi qüvvələrinin Suriyadan çıxarılmasına başlanması barədə əmr verib. Suriyaya səfər edən V. Putin bu barədə Xmeymim hərbi bazasında hərbçilər qarşısında çıxışında bəyan edib.

Ömər


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/223928.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR