Şəkidə yol qəzasında ağır xəsarət almış hərbçi xəstəxanada ölüb

Şəkidə yol qəzasında ağır xəsarət almış hərbçi xəstəxanada ölüb
21:07 11 Dekabr 2017
135 Ölkə
Ölkə mətbuatı
A- A+

Mingəçevir. 11 dekabr. REPORT.AZ/ Şəki rayonunda baş vermiş qəzada ağır xəsarət almış hərbçi xəstəxanada dünyasını dəyişib.
"Report”un Şirvan bürosu xəbər verir ki, dekabrın 9-da Yevlax-Zaqatala-Gürcustan magistral yolunda, Şəki rayonunun girişində 3 nəfərin ölümü, 5-nin yaralanması ilə nəticələnən ağır yol qəzası baş verib. 
Qəza zamanı iki "Mercedes" markalı avtomobil toqquşub. Qəzaya düşənlərdən ikisi hadisə yerində, daha biri isə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında keçinib. 
Yaralılardan 4 nəfəri Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına, digər Şəkiyə aparılıb. Dörd yaralı hərbçi daha sonra digər şəhərlərdə yerləşən hərbi tibb müəssisələrinə yola salınıb. Durumu nisbətən sabitləşən yaralılar - Murad Bağırov, Elvin Qasımlı və Rəşad Aslanlı Gəncə şəhərindəki hospitala göndərilib. Başından ağır xəsarət alan və kritik durumda olan 1994-cü il təvəllüdlü, Salyan rayon sakini Məhəmməd Qabil oğlu Heydərovun isə hospitala göndərilməsi təxirə salınıb. Bu gün isə həmin yaralı hərbçi şəhər xəstəxanasında dünyasını dəyişib.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/sekide-yol-qezasinda-agir-xesaret-almis-herbci-xestexanada-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR