Netanyahu Avropa ölkələrinin səfirliklərini

İsrailin baş naziri Binyamin Netanyahu ABŞ prezidenti Donald Trampın Qüdslə bağlı qərarından sonra Avropa ölkələrinin əksəriyyətinin səfirliklərini bu şəhərə köçürəcəyinə inanır.

Metbuat.az-ın məlumatına görə, bu barədə o Brüsseldə Avropa İttifaqının xarici məsələlər üzrə ali nümayəndəsi Federika Moqerini ilə birgə mətbuat konfransında deyib.

Netanyahu bildirib ki, Trampın Qüdsü İsrailin paytaxtı kimi tanıması sülh və reallığa əsaslanır.

Moqerini isə qeyd edib ki Avropa İttifaqı İsrail-Fələstin sülh danışıqlarının bir hissəsi kimi münaqişə həll edilənə qədər Qüdslə bağlı beynəlxaq qətnamələrə riayət edəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR