“Qüds İsrailin...” - “Hizbullah”dan TƏHDİD

“Qüds İsrailin...” - “Hizbullah”dan TƏHDİD
21:28 11 Dekabr 2017
199 Dünya
Ölkə mətbuatı
A- A+

Livanın “Hizbullah” şiə təşkilatı bütün müttəfiqlərini İsrailə qarşı birləşməyə çağırıb.

Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, “Hizbullah” lideri Həsən Nəsrullah ilk hədəflərinin Qüds və Fələstin olduğunu bildirib.

Həsən Nəsrullahın sözlərinə görə, Qüds addımı İsrailin sonunun başlanğıcı olacaq.

Xatırladaq ki, İsrail 11 il əvvəl Livana hücum edəndə “Hizbullah”ın güclü müqaviməti ilə qarşılaşıb və bir müddət sonra geri çəkilməyə məcbur olub. “Hizbullah” son olaraq Suriyadakı vətəndaş müharibəsində İranla birlikdə rejim qüvvələrini dəstəkləyib.

“Hizbullah”ın 2006-cı ildə 33 min raketinin olduğu təxmin edilirdi. Döyüş təcrübəsini xeyli artıran təşkilatın əlində hazırda təxminən 150 min raketin olduğu bildirilir.

Ömər


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/223932.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR