"British Airways" aviaşirkətinin təyyarəsi Bakıda məcburi eniş edib

"British Airways" aviaşirkətinə məxsus Boeing-777 təyyarəsi Heydər Əliyev Beynəlxalq Hava Limanında məcburi eniş edib. Təyyarə Mumbay-London reysini yerinə yetirirdi.

Bu barədə Metbuat.az-a hava limanından xəbər veriblər.

Qeyd olunur ki, eniş kabinənin tüstülənməsi səbəbindən edilib. "Boeing-777" təyyarəsinin göyərtəsində 135 sərnişin və 17 ekipaj üzvü olub. Təyyarə uğurlu eniş edib və hal-hazırda Heydər Əliyev Beynəlxalq Hava Limanındadır", deyə aeroportdan bildiriblər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR