Məhkəmə Saakaşvilini həbs etməkdən imtina edib

Kiyev məhkəməsi Odessa vilayətinin sabiq başçısı və Gürcüstanın eks-prezidenti Mixeil Saakaşvili barəsində ev dustaqlığı qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatəti təmin etməyib.

Metbuat.az-ın məlumatına görə, hakim Saakaşvilini Ali Rada deputatlarının zaminliyi ilə sərbəst buraxıb.

Məhkəmənin növbəti iclası dekabrın 14-də keçiriləcək.

Qeyd edək ki, Mixeil Saakaşvili dekabrın 8-də Kiyevdə saxlanılıb. O, Ukrayna Cinayət Məcəlləsinin 256-cı maddəsinin birinci hissəsi (cinayətkar təşkilatların üzvləri ilə işbirliyi və onların cinayət əməllərinin gizlədilməsi) ilə ittiham olunur./Apa


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR