“Dollar-yuan” quyusu - QLOBAL TƏHLÜKƏ

“Dollar-yuan” quyusu - QLOBAL TƏHLÜKƏ
02:28 12 Dekabr 2017
Ölkə mətbuatı
A- A+

Beynəlxalq siyasətdə yaşanan çaxnaşmalar 2018-ci ildə qlobal iqtisadiyyatda şok effekti yaradacaq.

Publika.az xəbər verir ki, bu barədə Danimarkada yerləşən “Saxo Bank”ın mütəxəssisləri ehtimallar irəli sürüb.

Mütəxəssislərə görə, ABŞ və Yaponiyanın Mərkəzi Banklarının müstəqilliyi və nəzarəti zəifləyəcək. Belə ki, ABŞ Mərkəzi Bankı 66 illik müstəqilliyini itirəcək. İnflyasiyanın artması və faiz dərəcələrinin qlobal səviyyədə yüksəlməsi Yaponiya Mərkəzi Bankını özünü və valyutasını qorumağa məcbur edəcək. Bununla da, təzyiqlər dünyada “dollar-yuan” adlı quyu yaradacaq.

Mütəxəssislərin daha bir ehtimalı isə “S&P 500” indeksində çöküş yaşanması və “Bitkoin”in 60000 dollarlıq səviyyəsindən 1000-ə düşməsidir.

Bütün bu problemlər baş qaldırarsa, iki nəhəng ölkədə (ABŞ-Yaponiya) iqtisadi təzyiqlər əmələ gələcək. Avropadakı problemlər isə bölgənin diqqət mərkəzini Şərqə tərəf sürüşdürəcək.

Zümrüd


Xəbərin orijinal ünvanı: http://publika.az/news/gundem/223952.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR