36 ilə tikilən KİLSƏ

36 ilə tikilən KİLSƏ
03:43 12 Dekabr 2017
107 Digər
Ölkə mətbuatı
A- A+

İslandiyada 50-yə yaxın vulkan var. Ötən illərdə fəaliyyətə keçən daha bir vulkan ilə birlikdə digər vulkanların da əhatəsində maraqlı layihə həyata keçirilib. Belə ki, bu ərazidə vulkan yataqlarının olduğundan xəbərdar olan memar Gujn Samelsson vulkanlardan ilham alaraq burada 17-ci əsrdə yaşamış kahin və dahi İslandiya şairi Hallgrimur Peturssonun şərəfinə "Hallqrimskirkay" kilsəsini ucaldıb.

Publika.az oxucularına İslandiyanın ən uzun və görkəmli abidələrindən biri olan "Hallqrimskirkay" kilsəsi haqqında maraqlı faktları tədim edir:

İspaniyanın tarixi memarlığının ən mühüm əsərlərindən biri hesab edilən "Hallqrimskirkay Lüteran Kilsəsi" Antoni Qaudinin İspaniyada 172 metrlik "La Sagrada Familiası"ndan sonra ikinci ən uzun memarlıq abidəsidir. Onun uzunluğu 74,5 metrdir. Hündürlüyünə görə, İspaniyanın ən uzun kilsəsidir.

Kilsə ölkədəki ən məşhur küçələrdən belə çox tanınır və maraq doğurur. Kilsənin tikintisinə 1945-ci ildə başlayan G.Samelsson xəstəlik səbəbindən vəfat etdiyi üçün tikili başqa memar tərəfindən davam etdirilərək düz 36 il sonra, 1986-cı ildə tamamlanmışdır.

Kilsənin xarici divarları olduqca maraqlı hazırlanıb. Belə ki, ətrafda olan vulkan yataqlarından ağır-ağır süzülərək bazalta çevrilən lavaları xatırladacaq üslubda dizayn edilən kilsənin xarici görünüşü geniş müzakirələrə səbəb olmuşdu. Quruluşu və həddən ziyadə böyük olması 1930-cu illərdən mübahisəli olaraq qalıb. Bundan əlavə kilsənin qarşısında Leifur Eirkssonun heykəli var.

İslandiya mənbələrinə görə, Amerika Kristofer Kolumbdan 500 il əvvəl ilk Avropalı Vikinq Leifur Eirksson tərəfindən kəşf edilib. Onun heykəlinin memarı isə, Aleksandr Sterlinq Kalder olub. Heykəl mübahisələrə səbəb olsa da, kilsənin möhtəşəmliyini daha da artırır.

Orqan(musiqi aləti) və xor ansamblının maraqlı konsert proqramları üçün ideal məkandır.

Svartifoss Şəlaləsindən izlər daşıyan 1986-cı ildə tamamlanan kilsə 2009-cu ildə yenidən təmir edilib. Hazırda kilsə 4 mərtəbəlidir. İçərisində ağırlığı təxminən 25 tona yaxın kilsə zəngi var. Kilsənin içini tamamilə dolduracaq hündürlükdə səsə malik orqan bütün kilsəni əhatə edə biləcək 5275 boruya malikdir. Onunla çox maraqlı və zəngin səslər çıxarmaq olur. Bu orqan 1992-ci ildə almaniyalı musiqi alətləri ustası Yohannes Klais tərəfindən dizayn edilib.

İlin müxtəlif dövrlərində xüsusilə İyun - Avqust ayları arasında xor və orqan konsertlərinin keçirildiyi kilsədəki musiqi şəhər mərkəzinə qədər çatır. Əhali istənilən yerdən bu konserti rahatlıqla dinləyə bilir.

Yerləşdiyi sahənin ən mühüm abidələrindən olduğu üçün İslandiyanı kəşfə çıxan turistlərin axın etdiyi məkanlardan biri hesab olunur və mistik havası ilə ziyarətçilərə xoş təsir bağışlayır.

Kilsəsinin ən təpə nöqtəsinə çıxdıqda füsunkar mənzərə, şəhər işıqları və kilsə musiqisinin səsi elə bir harmoniya yaradır ki, bunu sözlərlə ifadə etmək çətindir.

İslandiyaya səfər edən turistlər xüsusilə şimal işıqlarını görmək üçün yola çıxırdısa, artıq bura daha bir məkan "Hallqrimskirkay" kilsəsi də lavə edilə bilər. İslandiyanın təmiz havasını yerdən 74,5 metr yüksəklikdən hiss etmək istəyirsinizsə, bu kilsəni mütləq ziyarət edin.

Könül Cəfərl


Xəbərin orijinal ünvanı: http://publika.az/news/maraqlidunyasi/223954.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR