Kaliforniya tarixinin ən böyük faciəsi ilə mübarizə aparır

Kaliforniya tarixinin ən böyük faciəsi ilə mübarizə aparır
04:23 12 Dekabr 2017
105 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ-ın Kaliforniya ştatındakı meşəlik ərazidə keçən həftə çıxan yanğın hələ də davam etməkdədir.

Publika.az xəbər verir ki, şiddətli küləyin təsiri ilə 930 km əraziyə yayılan yanğını nəzarət altına almaq gün keçdikcə daha da çətinləşir. Nyu York şəhərinin ərazisindən daha böyük bölgəyə yayılan yanğının Kaliforniya tarixində 5-ci böyük meşə yanğını olduğu bildirilib.

Santa Barbara şəhərinin ətrafındakı 200 km sahəni də tutan yanğın səbəbilə şəhərin 5000-ə yaxın əhalisi təxliyə edilib. Şəhərdəki məktəblərin əksəriyyəti bağlanıb. 85000 insan elektriksiz qalıb. Şəhərin zooparkı bağladılıb və 500 heyvan sığınacaqlara göndərilib.

Kaliforniya şəhər meri Cerri Braun meşə yanğınlarına səbəb ştatda baş verən quraqlıq və qlobal istilik olduğunu bildirib.

Qeyd edək ki, keçən həftə çıxan 6 yanğın zamanı 790 bina yanmış, 191 ərazi zərər görmüş və on minlərlə insan təxliyə edilmişdi.

Zümrüd


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/223956.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR