“Qarabağ”ın qapıçısı Bosniya və Herseqovina klubuna "Atletiko" ilə bağlı məsləhət verib

“Qarabağ”ın qapıçısı Bosniya və Herseqovina klubuna "Atletiko" ilə bağlı məsləhət verib
10:22 12 Dekabr 2017
79 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 12 dekabr. REPORT.AZ/ “Qarabağ”ın qapıçısı İbrahim Şehiç UEFA Gənclər Liqasının pley-off mərhələsində İspaniyanın “Atletiko” komandası ilə qarşılaşacaq sabiq klubu Bosniya və Herseqovina “Jelezniçar”ına məsləhət verib. 
“Report” xəbər verir ki, bu barədə gənclər komandasının baş məşqçisi Omer Yoldiç klix.ba saytına bildirib.
Onun sözlərinə görə, Şehiç dekabrın 11-də baş tutmuş püşkatma mərasimindən sonra əlaqə saxlayaraq, öz tövsiyyələrini çatdırıb. Baş məşqçi “Atletiko” kimi bir rəqiblə qarşılaşacaqları üçün bəxtlərinin gətirdiyini ifadə edib: “Bizdə yaxşı nəsil var. Xüsusən də əsas komandanın 4 üzvü bizə çox kömək edir. Rəqib haqda bütün məlumatı əldə edəcəyik. Artıq İbrahim Şehiç bizimlə əlaqə saxlayıb. Çünki onun formasını geyindiyi “Qarabağ”ın gənclər komandası “Atletiko” ilə bir qrupda yer almışdı. Bosniya və Herseqovinada futbolun popluyarlaşması üçün bizə tanınmış rəqib lazımdır. Bu, tam istədiyimizdir”.
Qeyd edək ki, İbrahim Şehiçin kiçik qardaşları Aldin və Benjamin hazırda “Jelezniçar”da çıxış edirlər. 18 yaşlı Aldin Gənclər Liqası üçün sifariş edilən heyətdə yer alıbsa, 19 yaşlı Benjamin “B” komandasının formasını geyinir. “Atletiko” ilə bir qrupda yer alan “Qarabağ”ın gənclər komandası evdə bu rəqibə 1:5 hesabı ilə uduzsa da, Madriddə 1:0 hesabı ilə qalib gəlib. Lakin yekunda “Çelsi” və “Atletiko” müvafiq olaraq 15 və 9 xal toplayaraq, pley-offa vəsiqə qazanıblar.
İbrahim Şehiç "Qarabağ"da 2013-cü ilin oktyabrından çıxış edir. O, 2006 - 2011-ci illərdə "Jelezniçar"da forma geyinib. Daha sonra qapıçı Türkiyənin "Mersin İdman Yurdu" komandasında 2 ilədək oynayıb.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/qarabag-in-qapicisi-bosniya-ve-herseqovina-klubuna-atletiko-ile-bagli-meslehet-verib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR