“Azərbaycan Dəmir Yolları” sərnişinlərə müraciət edib

“Azərbaycan Dəmir Yolları” sərnişinlərə müraciət edib
10:42 12 Dekabr 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 12 dekabr. REPORT.AZ/ Bakı-Sumqayıt-Bakı istiqamətində sərnişin sıxlığının tənzimlənməsi məqsədilə bu gündən başlayaraq dekabrın 15-nə qədər (15-i də daxil olmaqla) Bakıdan saat 18:30-da yola düşən 6013 nömrəli, Sumqayıtdan isə saat 07:45-də yola düşən 6006 nömrəli Bakı-Sumqayıt-Bakı elektrik qatarlarına əlavə heyət qoşulacaq.
“Report” xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin açıqlamasında bildirilir.
Məlumata görə, bununla əlaqədar qatarlar birləşdirilmiş halda ikiqruplu qatar kimi hərəkət edəcək. 

Xəbərin orijinal ünvanı: https://report.az/i-nfrastruktur/azerbaycan-demir-yollari-sernisinlere-muraciet-edib-u-u-u-u-u

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR