Azərbaycanın ÜTT-yə üzv olması ilə bağlı danışıqlar gələn ilin sonuna kimi uzana bilər

Azərbaycanın ÜTT-yə üzv olması ilə bağlı danışıqlar gələn ilin sonuna kimi uzana bilər
12:32 12 Dekabr 2017
27 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzv olması çərçivəsində aparılan danışıqlarda tərəqqi var.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev deyib.

Nazir müavini qeyd edib ki, dekabrın 15-i keçiriləcək növbəti konfransda enerji və ekoloji məsələlər müzakirə olunacaq: "Sazişin qalan blokları üzrə müzakirələr isə gələn ilin əvvəllərində aparılacaq".

M.Məmməd-Quliyev bildirib ki, Azərbaycanın ÜTT-yə üzv olması ilə bağlı danışıqlar gələn ilin sonuna kimi uzana bilər: "Siyasi blokda bəzi irəliləyişlər var, ticarət və investisiya üzrə isə bir qədər ləngimələr var".

Nazir müavini əlavə edib ki, Azərbaycanın təşkilata daxil olması aktual olaraq qalır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/politics/607230.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR