Azərbaycanlı müğənninin ÇAYINA ZƏHƏR QATDILAR – DƏHŞƏTLİ ETİRAF

Azərbaycanlı müğənninin ÇAYINA ZƏHƏR QATDILAR – DƏHŞƏTLİ ETİRAF
13:33 12 Dekabr 2017
254 Şou
Ölkə mətbuatı
A- A+

“Neçə müğənni, musiqiçi, bəstəkar, prodüser, nə bilim, daha kimlər mənə qurğu qurdunuz. Pul verib, məni Moskvaya da deport etdirdiz. Cadular murdarlıqlar, çayıma zəhər belə qatanlarınız oldu. Amma mən yenə işimdə, yerimdəyəm”.

Publika.az xəbər verir ki, bu sözləri müğənni Elton Hüseynəliyev instaqram hesabında ona paxıllıq edənlərdən ünvanlayıb. Dəhşətli etiraflar edən ifaçı həmkarlarının onun çayına zəhər qatdığını bildirib:

“Sözüm arxamca danışan iki üzlü, riyakarlaradır: Sözü üzümə deməyə kişiliyiniz, cürətiniz çatmır, məndən qorxub, çəkinirsiz. Bəs Allahdan qorxmursunuz? Çünki bilirsiniz ki, Eltona şər yaxa bilmərsiniz. Hamınızın cavabını hər şeyə qadir rəbbim verəcək. Çox qəribədir insan itira atdığı adamdan qorxur, amma allahdan qorxmur. Kim arxamca danışıb, sonra da məni görəndə üzümə gülürsə, elə bu hərəkəti ilə necə alçaq, iki üzlü olduğunu göstərir. Hər zaman rahat yaşamışam, bundan sonra da elə yaşayacam. Çünki mən insanlardan yox, Allahdan qorxuram. Toylarda mənə verilən pulun əvəzini işimlə qaytarıram və bununla da mənə iftira atanların cavabını verirəm, verəcəm. Çünki mən kiminsə oxumağına lağ etmirəm, gülmürəm. Mən ulduz, sənətkar deyiləm. Hər zaman təvazökar olmuşam, olacam da. Məni öz həyatım maraqlandırır. Neçə vaxtdır ki, verilişlərə də getmirəm. Bəziləri kimi kanalların qapısında yatmıram, kimlərəsə yaltaqlıq etmirəm və kiminsə pulunu yeyib içib, geyinmirəm. Allahın verdiyi ilə dolanıram və neçə ildir ki, sizin kimi murdarlarla mübarizə aparıram. Məni şər-böhtanla yıxmaq istəyirsiniz, amma alınmır, alınmayacaq da. Məni 100 dənə kişi cildində arvadağız alçaqlar sevməsə də olar. Əsl kişilər məni yaxından tanıyan qardaşlarım bilir ki, kiməm. Alnım açıq, üzüm ağdır, heç kimin yanında gözü kölgəli deyiləm. Neçə müğənni, musiqiçi, bəstəkar, prodüser, nə bilim, daha kimlər mənə qurğu qurdunuz. Pul verib, məni Moskvaya da deport etdirdiz. Cadular murdarlıqlar, çayıma zəhər belə qatanlarınız oldu. Amma mən yenə işimdə, yerimdəyəm. Allah bilir mənim ürəyimi. Eltonun gözəl oxumağına, hörmətinə görə düşmən oldunuz. Amma sizdə alınmadı, bədbəxtlər”.

Pərviz Hüseyn


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin2/224011.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR