Avstriyada qazpaylayıcı mərkəzdə baş verən partlayış nəticəsində bir nəfər ölüb, onlarla insan yaralanıb

Avstriyada qazpaylayıcı mərkəzdə baş verən partlayış nəticəsində bir nəfər ölüb, onlarla insan yaralanıb
13:52 12 Dekabr 2017
51 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 12 dekabr. REPORT.AZ / Bu gün səhər Avstriyanın Baumqarten şəhəri yaxınlığında qazpaylayıcı stansiyada baş verən güclü partlayış nəticəsində bir nəfər ölüb. Bu barədə Report Kronen Zeitung qəzetinə istinadən xəbər verir.
Hadisə yerinə yanğın-xilasetmə xidməti və təcili yardım maşınları cəlb edilib.
Polisdən bildirilib ki, partlayış Avstriyanın OMV neft-qaz şirkətinə məxsus qaz terminalında baş verib.
Bloombergin məlumatına görə, OMV şirkətində bildiriblər ki, standart təhlükəsizlik texnikası qaydalarına uyğun olaraq, partlayışla əlaqədar terminal bağlanacaq.
Bütün zərərçəkənlər yanıq xəsarətləri ilə Vyana xəstəxanalarına çatdırılır. Hüquq-mühafizə orqanları yollarda hərəkəti dayandırıblar.
***
Avstriyanın Baumqarten şəhərində qaz kəmərində partlayış baş verib.
Bu barədə "Report" RİA "Novosti"yə istinadən xəbər verir.
Yerli polisin məlumatına görə, partlayış nəticəsində, təqribən, 60 nəfər xəsarət alıb.
***13:04
"Partlayış yerli vaxtla saat 8:45-də baş verib, daha sonra yanğın başlayıb. Hazırda vəziyyət nəzarət altındadır, lakin ilkin məlumata görə bir neçə yaralı var", - polisin nümayəndəsi Edmund Traqşits bildirib.
Baumqarten terminalı Avstriyanın əsas qaz paylayıcı mərkəzidir.
Partlayışın səbəbləri hələ məlum deyil.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/avstriyada-qazpaylayici-merkezde-bas-veren-partlayis-neticesinde-bir-nefer-olub-onlarla-insan-yaralanib-vi-deo-yeni-leni-b

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR