“Barselona” klubu 9 milyon avroya müdafiəçi transfer edəcək

“Barselona” klubu 9 milyon avroya müdafiəçi transfer edəcək
14:02 12 Dekabr 2017
85 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 12 dekabr. REPORT.AZ/ İspaniyanın “Barselona” klubu qış fasiləsində Kolumbiya yığmasının futbolçusu Erri Minanı transfer edəcək.
“Report” AS-a istinadən xəbər verir ki, Kataloniya təmsilçisi hazırda Braziliyanın “Palmeyras” klubunun formasını geyinən 23 yaşlı mərkəz müdafiəçi üçün 9 milyon avro ödəyəcək.
Keçidin yanvarda baş tutmasının səbəbi komandanın digər müdafiəçiləri – Samüel Umtitinin zədəli, Xavyer Maskeranonun isə gələcəyinin qeyri-müəyyən olmasıdır.
Qeyd edək ki, Mina daha əvvəl vətənində “Deportivo Pasto” və “Santa-Fe” komandalarında çıxış edib.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/barselona-klubu-9-milyon-avroya-mudafieci-transfer-edecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR