Ədliyyə işçilərinə müalicə üçün birdəfəlik müavinət yalnız nağdsız qaydada veriləcək

Ədliyyə işçilərinə müalicə üçün birdəfəlik müavinət yalnız nağdsız qaydada veriləcək
15:42 12 Dekabr 2017
73 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 12 dekabr. REPORT.AZ/ Azərbaycanda ədliyyə orqanları işçilərinə müalicə olunmaları ilə əlaqədar birdəfəlik müavinət yalnız nağdsiz qaydada veriləcək.
“Report”un xəbərinə görə, bununla bağlı ədliyyə naziri Fikrət Məmmədov “Ədliyyə orqanları işçilərinə müalicə olunmaları ilə əlaqədar birdəfəlik müavinətin verilməsi Qaydaları”nda dəyişiklik edib.
Dəyişikliyə əsasən, qaydanın 3-cü (Müavinətin ödənilməsi) maddəsinin 2-ci bəndindən “nağd” sözü çıxarılıb. Yəni ədliyyə orqanları işçilərinə müalicə olunmaları ilə əlaqədar birdəfəlik müavinət yalnız nağdsız qaydada ödəniləcək.

Xəbərin orijinal ünvanı: https://report.az/daxili-siyaset/edliyye-iscilerine-mualice-ucun-birdefelik-muavinet-yalniz-nagdsiz-qaydada-verilecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR