“Neftçi”nin prezidenti UEFA nümayəndələri üçün seminarda iştirak edəcək

“Neftçi”nin prezidenti UEFA nümayəndələri üçün seminarda iştirak edəcək
15:57 12 Dekabr 2017
62 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 12 dekabr. REPORT.AZ/ “Neftçi” futbol klubunun prezidenti Orxan Hüseynzadə İsrailin paytaxtı Tel-Əvivdə ali kateqoriyalı UEFA nümayəndələri üçün seminarda iştirak edəcək.
“Report” paytaxt klubunun rəsmi saytına istinadən xəbər verir ki, 29 – 30 yanvar 2018-ci ildə keçiriləcək tədbirdə Azərbaycanı Hüseynzadə ilə yanaşı, AFFA-nın baş katibinin müavini Sərxan Hacıyev və milli assosiyanın Beynəlxalq Ələqələr Departamentinin müdiri Könül Mehtiyeva təmsil edəcəklər.
Qeyd edək ki, Orxan Hüseynzadə 2010-cu ildən 44 beynəlxalq oyuna UEFA nümayəndəsi kimi təyinat alıb.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/neftci-nin-prezidenti-uefa-numayendeleri-ucun-seminarda-istirak-edecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR