Muarem Muarem yeni klubda

Muarem Muarem yeni klubda
16:13 12 Dekabr 2017
117 İdman
Ölkə mətbuatı
A- A+

“Qarabağ” klubun sabiq futbolçusu Muarem Muarem yeni kluba transfer olub.

Publika.az xəbər verir ki, hücumameyilli yarımmüdafiəçi Albaniyanın "Flamurtari" komandası ilə 1,5 illik müqavilə imzalayıb.

Qeyd edək ki, makedoniyalı futbolçu “Qarabağ” komandasında 2012-2015 və 2016-2017-ci il mövsümlərində forma geyinmişdi. “Qarabağ”dan ayrılandan sonra isə Qazaxıstana üz tutmuşdu. Orada nailiyyət əldə edə bilməyən Muarem bir müddət klubsuz qalmışdı.

Zümrüd


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/224028.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR