Azərbaycanda mənzillərin kirayəsi bahalaşıb

Azərbaycanda mənzillərin kirayəsi bahalaşıb
16:17 12 Dekabr 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 12 dekabr. REPORT.AZ/ Azərbaycanda mənzillərin kirayə haqqındakı aylıq bahalaşma 2 dəfə artıb. Belə ki, noyabr ayında mənzillərin kirayəsi 0,6% bahalaşıb.
“Report” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Rəsmi statistikaya əsasən, noyabrda mənzillərin orta aylıq kirayə haqqı 96,78 manat təşkil edib.
Qeyd edək ki, oktyabr ayı ərzində mənzillərin kirayəsi 0,3% bahalaşıb. Mənzillərin kirayəsində ən yüksək aylıq qiymət artımı yanvar ayında (3,5%) müşahidə olunub. Daha sonra, fevralda aylıq bahalaşma 0,1%-ə enib, martda 1,2%-ə yüksəlib, apreldə qiymət sabit qalıb, may ayından yenidən bahalaşamağa davam edərək 1,2% artıb, iyunda dəyişməyib, iyulda 0,6%, avqustda 1,1% və sentyabrda 1,5% artım qeydə alınıb.

Xəbərin orijinal ünvanı: https://report.az/i-nfrastruktur/azerbaycanda-menzillerin-kirayesi-bahalasibr

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR