“Azəriqaz” 52 yaşayış məntəqəsinə qaz verib

“Azəriqaz” 52 yaşayış məntəqəsinə qaz verib
16:32 12 Dekabr 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 12 dekabr. REPORT.AZ/ Bu ilin yanvar-noyabr ayları ərzində “Azəriqaz” İstehsalat Birliyi tərəfindən 1 336,4 km yeni qaz kəməri quraşdırılıb, qaz kəmərləri şəbəkəsinin təhlükəsiz və normal rejimdə istismarının təmin olunması üçün isə 204,4 km qaz kəməri əsaslı təmir olunub.
“Report” Birliyə istinadən xəbər verir ki, aparılan tikinti-quraşdırma işləri nəticəsində Goranboy, Ağcabədi, Bərdə, Şəki, Ucar, Quba, Qusar, Oğuz, İmişli, Saatlı, Sabirabad, Lerik, Ağstafa, Xaçmaz, Biləsuvar, Astara, Cəlilabad və Masallı rayonları üzrə 52 yaşayış məntəqəsi qazlaşdırılaraq təbii qazla təmin edilib.

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/azeriqaz-52-yasayis-menteqesine-qaz-verib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR