Azərbaycanın Hesablama Palatası Gürcüstanın Ali Audit Qurumu ilə əməkdaşlıq edə bilər

Azərbaycanın Hesablama Palatası Gürcüstanın Ali Audit Qurumu ilə əməkdaşlıq edə bilər
16:42 12 Dekabr 2017
Ölkə mətbuatı
A- A+

Tbilisi. 12 dekabr. REPORT.AZ/ Tbilisidə Gürcüstanın Ali Audit Qurumunun (AAQ) yaranması ilə əlaqədar beynəlxalq konfrans keçirilib.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, tədbirdə Azərbaycanı Hesablama Palatasının sədri Vüqar Gülməmmədov təmsil edib.
Gürcüstanın baş naziri Georgi Kvirikaşvili və bu ölkənin parlament sədri İrakli Kobaxidze çıxış edərək Gürcüstanda Dövlət Ali Audit Qrumunun yaradılmasını zəruri edən səbəblərdən danışıb, ölkədə şəffaflığın təmin olunmasında, büdcə və digər maliyyə hesabatlarının hazırlanmasında, büdcə və maliyyə institutlarına nəzarət mexanizmlərinin həyata keçirilməsində bu qurumun rolundan bəhs ediblər. 
G.Kvirikaşvili xarici ölkələrin, o cümlədən Azərbaycanın Hesablama Palatası sədrinin konfransda iştirakını yüksək qiymətləndirib.
Sonra Gürcüstan AAQ-nin 2018-2022 illər üzrə inkişaf strategiyası ilə bağlı təqdimat keçirilib. AAQ-nin rəhbəri, ölkənin baş auditoru İrakli Mekvabişli rəhbərlik etdiyi qurumun fəaliyyəti və strateji planları barədə məlumat verib. Konfransda, həmçinin, “Ali Audit Qurumlarının Dəyərləndirilməsi Çərçivəsi” (PMF) ilə bağlı nəticələr, “Qabaqcıl İdarəçilik Təcrübələri” ilə bağlı AAQ-ın vacibliyi vurğulanmış, o cümlədən “Gürcüstan AAQ-nin institusional gücləndirilməsi” ilə bağlı Avropa İttifaqının layihəsi barədə məlumat verilib.
Konfrans çərçivəsində Azərbaycanın Hesablama Palatasının və Gürcüstan AAQ-nin rəhbərləri arasında görüş keçirilib. Görüşdə hər iki qurum arasında mövcud əməkdaşlı və dostluq əlaqələrinin daha da inkişaf etdirilməsi, gələcəkdə kənar dövlət auditi sahəsində birgə təlimlərin təşkili, bu sahədə informasiya mübadiləsi məsələləri müzakirə olunub.
V.Gülməmmədov Avropa İttifaqınln maliyyələşdirdiyi “Hesablama Palatasının İnstitusional və Funksional potensialının gücləndirilməsi” tvinninq layihəsi, həmçinin 2018-2020-ci illər üzrə Strateji İnkişaf Planında nəzərdə tutulan əsas məqsəd və tədbirlər barədə gürcü həmkarına məlumat verib. O, jurnalistlərə müsahibəsində isə deyib ki, Azərbaycan ilə Gürcüstan arasında əlaqələr müxtəlif sahələrdə inkişaf edir. Bu cür səfərlər hər iki ölkənin audit orqanları arasında əməkdaşlığın daha da genişlənməsinə və möhkəmlənməsinə xidmət edir.





Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/azerbaycanin-hesablama-palatasi-gurcustanin-ali-audit-qurumu-ile-emekdasliq-ede-biler

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR