Silahlı Qüvvələr üzrə komandir heyətinin nəzəri bilikləri və praktiki vərdişləri yoxlanılır

Silahlı Qüvvələr üzrə komandir heyətinin nəzəri bilikləri və praktiki vərdişləri yoxlanılır
17:12 12 Dekabr 2017
63 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 12 dekabr. REPORT.AZ/ Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2017-ci ilin döyüş hazırlığı planına əsasən, poliqonlarda və təlim mərkəzlərində müxtəlif ixtisaslar üzrə tabor, divizion və onlara bərabər tutulan bölmələrin ən yaxşı komandirlərinin müəyyən edilməsi məqsədilə yarışlar keçirilir.
Bu barədə "Report"a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri və Kəşfiyyat bölmələrinin divizion, eskadrilya və tabor komandirləri arasında keçirilən müsabiqədə iştirak edən şəxsi heyətin atəş, sıra və fiziki hazırlığı üzrə nəzəri bilikləri və praktiki vərdişləri yoxlanılıb, həmçinin zabitlərin döyüş zamanı tabeliklərində olan bölmələri idarəetmə bacarıqları qiymətləndirilib.
Bütün iştirakçılar yoxlanılan suallar üzrə yüksək bilik və bacarıq nümayiş etdirərək yaxşı qiymətlər alıblar.

Xəbərin orijinal ünvanı: https://report.az/herbi/silahli-quvveler-uzre-komandir-heyetinin-nezeri-bilikleri-ve-praktiki-verdisleri-yoxlanilir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR