450 milyonluq Neymar - İnanılmaz razılaşma

450 milyonluq Neymar - İnanılmaz razılaşma
17:38 12 Dekabr 2017
129 İdman
Ölkə mətbuatı
A- A+

İspaniyanın “Real” klubu “PSJ” klubunun imza atdığı əsrin müqaviləsini bitirmək üçün işlərə başlayıb.

Publika.az xəbər verir ki, ispanların prezidenti Fiorentina Perez “Barselona”dan səs-küylü şəkildə ayrılan Neymarı transfer etmək üçün müqavilənin bütün detallarını razılaşdırıb.

İspaniyanın "Diario Gol" nəşrinin irəli sürdüyü iddialarda bildirilir ki, Neymar “PSJ” rəhbərliyinə yeni şərtlər qoyub. Belə ki, “PSJ” ona son iki il ərzində Çempionlar Liqasını və "Ballon d'Or"u qazandırmasa, Neymar klubdan ayrılacaq.

Qeyd edək ki, “PSJ” Neymarı bu yay "Barselona"dan 222 milyon avroya transfer edib. "Real" isə onun transferinə 450 milyon avro xərcləmək niyyətindədir.

Zümrüd


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/224031.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR