Diskriminasiyanın daha çox yayıldığı Avropa İttifaqı ölkələrinin reytinqi dərc olunub

Diskriminasiyanın daha çox yayıldığı Avropa İttifaqı ölkələrinin reytinqi dərc olunub
17:42 12 Dekabr 2017
74 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 12 dekabr. REPORT.AZ/ Diskriminasiyanın (ayrı-seçkilik - red.) daha çox yayıldığı Avropa İttifaqı (Aİ) ölkələrinin reytinqi dərc olunub.
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, tam siyahı Aİ-nin Fundamental Hüquqlar üzrə Agentliyi tərəfindən nəşr olunub.
Reytinqdə birinci yerdə Lüksemburq, ikinci sırada Finlandiya, üçüncü pillədə isə Avstriya yer alıb. Onları Danimarka, İsveç, Malta, Almaniya və İrlandiya izləyir.
"Avropa İttifaqı qanunları artıq 17 ildir diskriminasiyanı qadağan edib, lakin ayrı-seçkilik hələ də qalmaqdadır. İmmiqrantlar, onların uşaqları və etnik azlıqlar bir çox sahələrdə, xüsusilə iş həyatında ayrı-seçkiliyi hiss edir", - Aİ-nin Fundamental Hüquqlar üzrə Agentliyinin direktoru Maykl O`Flaerti bildirib.
Araşdırmada Avropanın 28 ölkəsindən, ümumilikdə, 25 mindən çox təsadüfi seçilmiş birinci və ikinci nəsil immiqrant, etnik azlıqların nümayəndələri iştirak ediblər.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/diskriminasiyanin-daha-cox-yayildigi-avropa-i-ttifaqi-olkelerinin-reytinqi-derc-olunub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR