“Azərkitab–Kitab Təbliğatı Mərkəzi”ndə Heydər Əliyev anılıb

“Azərkitab–Kitab Təbliğatı Mərkəzi”ndə Heydər Əliyev anılıb
18:14 12 Dekabr 2017
53 Digər
Ölkə mətbuatı
A- A+

 

 “Azərkitab–Kitab Təbliğatı Mərkəzi”ndə müasir Azərbaycanın qurucusu, Heydər Əliyevin anım günü qeyd olunub.

Lent.az-ın məlumatına görə, “Azərkitab–Kitab Təbliğatı Mərkəzi”nin əməkdaşları ilk öncə Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünəgül dəstələri qoyublar. 
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üzərinə də tər güllər düzülüb.

Müasir Azərbaycanın qurucusu, Heydər Əliyevin anım gününə həsr olunmuş tədbiri giriş sözü ilə açan layihə rəhbəri Sabir Həsənov Heydər Əliyevin Azərbaycan dövlətçiliyi və xalqı qarşısında misilsiz xidmətlərindən söhbət açmış: "Ulu Öndərin ad günündə fəaliyyətə başlamış “Azərkitab –Kitab Təbliğatı Mərkəzi ”nin onun ideyalarına sədaqətlə xidmət edəcək. H.Əliyevin kitaba, təhsilə verdiyi qiymət mərkəzimizin fəaliyyət proqramı kimi qəbul edilib".

Sonra tədbirdə iştirak edən elm, mədəniyyət xadimləri, millət vəkilləri, tanınmış ziyalılar mərhum prezident Heydər Əliyev ideyalarına həmişə sadiq olacağı barədə fikirlərini bildiriblər.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/289979

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR