Dekabrın 17-də "Super Bitcoin"in hardforku baş tutacaq

Dekabrın 17-də "Super Bitcoin"in hardforku baş tutacaq
18:17 12 Dekabr 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 12 dekabr. REPORT.AZ/ Bazar günü, dekabrın 17-də "Super Bitcoin"in hardforku, yəni, "Bitcoin"in bölünməsindən sonra yaranacaq yeni virtual valyuta ortaya çıxacaq. 
"Report" xəbər verir ki, "Super Bitcoin"in buraxılması çinli milyonçu Li Syaolayın təşəbbüsüdür. Nəticədə, "Bitcoin"in bloku 8 meqabayta yüksələcək. Bölünmə 498 888 nömrəli blokda baş tutacaq.
"Super Bitcoin"in sayı, buraxılması planlaşdırılan 21 210 000 "Bitcoin"in içində olacaq. Bunlardan 210 000 ədədi ilkin "mining"də emissiya olunacaq.
Dekabrda daha 4 hardfork gözlənilir. Dekabr ayının 23-də "Lightning" və "Platinium", dekabrın 25-də "Bitcoin God" və 31-də "Bitcoin Uranium" yaranacaq.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/dekabrin-17-de-super-bitcoin-in-hardforku-bas-tutacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR