Bakıda Rusiya ilə hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə olunur

Bakıda Rusiya ilə hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə olunur
18:49 12 Dekabr 2017
39 Digər
Ölkə mətbuatı
A- A+

 

Bakıda Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında Hərbi-Texniki Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 11-ci iclası keçirilir. Lent.az-ın AzərTAC-a istinadən məlumatına görə, plenar iclasdan əvvəl iştirakçılar Heydər Əliyevin xatirəsini ehtiramla yad ediblər.

İki gün davam edəcək iclasda tərəflər hərbi-texniki əməkdaşlığın cari vəziyyətini nəzərdən keçirəcək və 2018-ci il üçün əsas fəaliyyət istiqamətlərini müzakirə edəcəklər.

Tədbirin sonunda iclasın yekunlarına dair protokol imzalanacaq.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/289982

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR