“Vaşinqton ümid edir ki...” - Trampın Əsədlə bağlı qərarının PƏRDƏARXASI

“Vaşinqton ümid edir ki...” - Trampın Əsədlə bağlı qərarının PƏRDƏARXASI
19:33 12 Dekabr 2017
122 Dünya
Ölkə mətbuatı
A- A+

“ABŞ-ın Suriya prezidentini devirmək cəhdlərindən imtina etməsi terrorçuların məğlubiyyəti ilə əlaqədardır”.

Publika.az “Russia Today” telekanalının saytına istinadən xəbər verir ki, bunu Rusiya Elmlər Akademiyasının ABŞ və Kanada İnstitutunun əsas elmi işçisi Vladimir Vasilyev deyib.

“ABŞ Suriya lideri Bəşər Əsədin qalması ilə razılaşmağa məcbur olması onunla bağlı ola bilər ki, Vaşinqton sülh nizamlanması, yeni konstitusiyasının hazırlanması və ya seçkilərin keçirilməsi qaydalarının gedişatında hansısa formada Əsədin hakimiyyətini məhdudlaşdırılacağına ümid edir. Amerikalılarda Suriyada vəziyyətin sülh nizamlanmasının planı yoxdur. Rusiyanın mövqeyi qətidir: Əsədin gedib-getməyəcəyi məsələsi demokratik seçkilərin keçirilməsi ilə həllini tapmalıdır”, - o bildirib.

Ekspertin sözlərinə görə, ABŞ prezidenti Donald Trampın administrasiyası hakimiyyətdə olduğu birinci il ərzində mövqeyini bir neçə dəfə dəyişdirib.

Xatırladaq ki, "The New Yorker" jurnalına görə, rəsmi Vaşinqton Bəşər Əsədi 2021-ci ilədək hakimiyyətdən uzaqlaşdırmaq niyyətində deyil. Avropalı və amerikalı rəsmilər arasında olan mənbələrin ötürdüyü məlumata əsasən, Donald Tramp administrasiyası Suriyada 2021-ci ildə keçiriləcək növbəti prezident seçkilərinə qədər Əsədin hakimiyyətini qəbul etməyə hazırdır.

"Bu qərar hər dəfə Əsədin istefasının sülh yolu ilə nizamlanmanın əsas elementlərindən biri olmasının zəruriliyini vurğulayan ABŞ-ın geriyə addım atmasıdır", - nəşr vurğulayıb.

Məqalədə bildirilir ki, Moskvanın dəstəyi Suriya prezidentinin hakimiyyətini qorumasına imkan verib.

Jurnalın mənbələrinin məlumatına görə, ABŞ rəsmiləri həmçinin Bəşər Əsədin 2021-ci ildə Suriyada keçiriləcək seçkiləri də bu və ya digər yolla qazanacağından və hakimiyyətdə qalacağından narahatdır.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/224060.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR