Ermənistan ordusunda hərc-mərclik artır - Bu il 59 əsgər ölüb - VİDEO

Ermənistan ordusunda hərc-mərclik artır -  Bu il 59 əsgər ölüb - VİDEO
21:05 12 Dekabr 2017
151 Dünya
Ölkə mətbuatı
A- A+

Ermənistan rejiminin mifə çevirdiyi ordusunda hərc-mərcilik hər keçən gün artmaqdadır.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, orduda vəziyyət o həddə çatıb ki, illərlə axtarışda olan cinayətkarın hərbçilərin sırasında qulluq etməsindən xəbərsiz olub.
Maraqlı hadisə Ermənistan tərəfindən işğal olunmuş Madagiz yaşayış məntəqəsində yaşanıb.
Belə ki, həmin yerdə qulluq edən hərbçi məzuniyyətdə olarkən polis tərəfindən həbs edilib. Polis müəyyən edib ki, cinayətkar uzun müddətdir hərbi hissədə hərbçi kimi qulluq edirmiş.
Ermənistan mətbuatı yazır ki, hərbi hissə komandiri tərəfindən məzuniyyətə göndərilən, ikinci taborun hərbi qulluqçusu Rafael Barsamyan Yerevanda həbs olunub. Araşdırma zamanı məlum olub ki, Barsamyan hərbi xidmətə çağırılmamışdan əvvəl törətdiyi cinayətə görə polis tərəfindən axtarışda olub.
Ermənistan ordusunda cinayətkarların qulluq etməsi o qədər də təəccüb doğurmur. Mahiyyət etibarı ilə Ermənistan siyasi rejiminin cinayətkar xarakteri hamıya bəllidir. Bu baxımdan işgalçı orduda baş verənlər də başadüşüləndir.
Elə dünən erməni hərbçisinin öz xidməti yoldaşını güllələyib öldürməsi də Ermənistan ordusundakı vəziyyətin nə yerdə olduğunu göstərir. Belə xəbərlərlə artıq hər gün Ermənistan mediasında qarşılaşmaq adi hal alıb. Ermənistan mediasının yaydığı məlumata görə qeyri-döyüş şəraitində son 11 ayda 59 əsgər ölümü qeydə alınıb. Bu isə hələ mediaya bəlli olan rəqəmlərdir.
Səfillər ölkəsinə çevrilən Ermənistan ordusunun bu vəziyyətinə yaxşı bələd olan erməni valideynlər də haqlı olaraq övladlarını orduya qulluq üçün göndərmək istəmirlər. Artıq cəmiyyətdə hər kəsə bəllidir ki, Ermənistan ordusu Azərbaycan ordusu ilə müqayisədə olduqca zəifdir və müharibə aparacaq gücdə deyil.

Milli.Az

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/607406.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR