3 yaşlı uşaqda NADİR XƏSTƏLİK - Yalnız şaftalı ilə yaşayır - FOTOLAR

3 yaşlı uşaqda NADİR XƏSTƏLİK - Yalnız şaftalı ilə yaşayır - FOTOLAR
22:38 12 Dekabr 2017
192 Digər
Ölkə mətbuatı
A- A+

Kanadanın Monreal şəhərində yaşayan 3 yaşlı Mircah təbii şaftalıdan başqa heç bir şey yeyə bilmir. Nadir xəstəlikdən əziyyət çəkən uşaq dünya mediasını şoka salıb.

Publika.az xəbər verir ki, çox nadir rast gəlinən xəstəlik “Entrokolit” sindromu (FPIES) adlanır. Bir növ allergiyanı xatırladan xəstəlik təbii şaftalıdan başqa bütün qidalara reaksiya verir. 3 yaşlı Mircah bütün qidalara qarşı allergik reaksiya verir, qusur.

Həkimlərin sözlərinə görə, sözügedən xəstəlik qida zülallarla bağlı olaraq inkişaf edir və şaftalı xaricində hər cür qidaya qarşı bir növ əks reaksiya göstərir. Xəstəliyin əlamətləri arasında qida qəbulundan sonra qusma, qızdırma, ishal və s. müşahidə edilir.

3 yaşlı uşaq hər ay 9 ayrı mütəxəssis yanına yoxlanışa göndərilir. Bu səbəbdən uşağın ailəsinin tibbi xərcləri olduqca çoxdur. Sosial şəbəkədə yardım kampaniyası başladan valideynlər 3 yaşlı körpələrinə kömək etmək üçün əllərindən gələni etdiklərini deyiblər.

Ailənin Mircahdan başqa 2 oğlu daha var və onların heç bir sağlamlıq problemi yoxdur.

Könül Cəfərli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/maraqlidunyasi/224073.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR