Biləsuvarda dumanlı hava şəraiti avtomobillərin hərəkətində problemlər yaradıb

Biləsuvarda dumanlı hava şəraiti avtomobillərin hərəkətində problemlər yaradıb
23:02 12 Dekabr 2017
67 Ölkə
Ölkə mətbuatı
A- A+

Biləsuvar. 12 dekabr. REPORT.AZ/ Biləsuvar rayonunda dumanlı hava şəraiti avtomobillərin hərəkətində qismən problemlər yaradıb.
“Report”un Aran bürosunun məlumatına görə, bu gün axşam saatlarından başlayaraq rayon ərazisində duman müşahidə olunur.
Nəticədə rayon ərazisində və eyni zamanda Ələt-Astara magistral avtomobil yolunun Biləsuvar rayonundan keçən hissəsində avtomobillərin hərəkətində çətinlik yaranıb.
Həmçinin dumanlı hava rayonun bir neçə kənd yollarında da avtomobillərin hərəkətinə mane olur.
Sözügedən ərazilərdə bu dəqiqəyə hər hansı yol-nəqliyyat hadisəsi qeydə alınmayıb. 

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/bilesuvarda-dumanli-hava-seraiti-avtomobillerin-hereketinde-problemler-yaradib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR