Tramp: "ABŞ İŞİD üzərində qələbə qazandı"

Tramp: "ABŞ İŞİD üzərində qələbə qazandı"
04:09 13 Dekabr 2017
115 Digər
Ölkə mətbuatı
A- A+

 

 

ABŞ prezidenti Donald Tramp ölkəsinin İraq və Suriyada İŞİD terror qruplaşması üzərində qələbəyə nail olduğunu bəyan edib.

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, D.Tramp bunu Ağ Evdə müdafiə büdcəsinin imzalanma mərasimində deyib.  

 

“Biz Suriyada, İraqda qələbə qazandıq, lakin terrorçular digər rayonlara yayılırlar. Lakin biz onları yayıldıqları qədər tez təqib edirik”, - deyə Tramp bildirib.  

 

Bundan başqa, D.Tramp 4 əsas müddəanın əks olunacağı yeni milli təhlükəsizlik strategiyasının qəbul ediləcəyini vəd edib: Amerika xalqının qorunması, ABŞ-da rifahın artırılması, Amerika təsirinin genişləndirilməsi və sülhün güc vasitəsi ilə qorunub saxlanılması.    

 

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin ötən gün Rusiyanın Suriyadakı “Xmeymim” aviabazasına baş çəkərək,  Rusiya ordusunun Suriyadan çıxarılmasına dair əmr verib. V.Putin çıxışı zamanı Suriya və Rusiya Silahlı Qüvvələrinin İŞİD üzərində qələbə qazandığını bəyan edib.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/290000

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR