İki məşhur şirkət BİRLƏŞİR

İki məşhur şirkət BİRLƏŞİR
06:38 13 Dekabr 2017
Ölkə mətbuatı
A- A+

Dünya şöhrətli texnologiya şirkəti olan "Apple" "Shazam" şirkətini almağı planlaşdırır.

Publika.az xəbər verir ki, gələn həftə müqavilə əsasında imzaların atılacağı gözlənilir. İlkin olaraq, mətbuata şirkətin 400 milyon dollara satıldığı bildirilib.

Digər mənbələr isə "Shazam" şirkətinin ortalama dəyərinin 1 milyard dollar olduğunu bildiriblər.

"Apple" və "Shazam" şirkətlərinin rəhbərləri mətbuatda gedən məlumatlara münasibət bildirməkdən və müqavilə şərtləri haqqında açıqlama verməkdən imtina ediblər.

Xatırladaq ki, məşhur "Shazam" proqramı vasitəsilə adını bilmədiyiniz istənilən musiqini bir neçə saniyə içərisində tapa bilərsiz. Proqram istifadəyə verildikdən bu günə qədər 1 milyarddan çox yüklənib.

Könül Cəfərli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/ikt/224077.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR