FED bu gün uçot dərəcəsini qaldıracaq

FED bu gün uçot dərəcəsini qaldıracaq
06:49 13 Dekabr 2017
203 Digər
Ölkə mətbuatı
A- A+

“Federal Ehtiyat Sistemi (FED) baza faiz dərəcəsinin 0,2 % qaldırılmasına dair qərar qəbul edəcək.  Qərar Amerika iqtisadiyyatının böhrandan sonra artıq bərpa olunduğunu təsdiqləyərək, sahibkarlara sərmayələri inkişafda olan bazarlara daha fəal yatırmağa çağıracaq. Benefisiar qismində həmçinin Rusiya çıxış edəcək. Rusiya Mərkəzi Bankı dərəcəni azaldaraq bu prosesə əlavə təkan verəcək”. APA-nın xəbərinə görə, bu barədə “RİA Novosti”yə maliyyə mütəxəssisləri bildiriblər.  

 

FED-in dekabr iclasının yekunları dekabrın 13-də yerli vaxtla 14.00-da açıqlanacaq (Bakı vaxtı ilə 23.00-da). Daha sonra FED rəhbəri Cannet Yellen bu vəzifədə sonuncu mətbuat konfransını keçirəcək.

 

Qeyd edək ki, dekabrın 5-də Senatın bank komitəsi FED rəhbəri vəzifəsinə Cerom Pauelin  namizədliyini təsdiqləyib.    


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/290003

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR