Saakaşvili Ukrayna hökumətinə rəhbərlik etməyə hazırdır

Saakaşvili Ukrayna hökumətinə rəhbərlik etməyə hazırdır
07:03 13 Dekabr 2017
123 Dünya
Ölkə mətbuatı
A- A+

Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixeil Saakaşvili Ukrayna prezidentliyinə namizədliyini irəli sürməyəcəyini, lakin hökumətə rəhbərlik etməyə hazır olduğunu bildirib.

"Mən normal Ukrayna hökumətində birmənalı olaraq məsuliyyəti üzərimə götürməyə hazıram. Mən heç vaxt və əsla Ukrayna prezidentliyinə namizədliyimi irəli sürməyəcəyəm, mənə elə gəlir ki, bu postda ukraynalılar olmalıdırlar", - deyə o əlavə edib.

Siyasətçi Ukraynada 13 ildən çox yaşadığını bildirib.

"Lakin stajlı ukraynalılar prezident olmalıdırlar, hökumətdə isə Ukraynanın tələblərindən asılı olaraq müxtəlif insanlar işləyə bilərlər", – deyə Saakaşvili əlavə edib.

O, Ukrayna prezidenti Pyotr Poroşenkodan yerli hökumətə rəhbərlik etmək təklifi aldığını, lakin o zaman bundan imtina etdiyini bildirib. (report)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/224099.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR