Pekində elektrovelosipedin alovlanması nəticəsində 5 nəfər ölüb, 8-i yaralanıb

Pekində elektrovelosipedin alovlanması nəticəsində 5 nəfər ölüb, 8-i yaralanıb
07:07 13 Dekabr 2017
118 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 13 dekabr. REPORT.AZ/ Çinin paytaxtı Pekində çərşənbə günü yaşayış binasında baş verən yanğın nəticəsində 5 nəfər ölüb, daha 8-i yaralanıb.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə yerli yanğın xidməti məlumat yayıb.
Hazırda yanğın söndürülüb, yaralılar yaxınlıqdakı xəstəxanalara göndərilib.
Polisin ilkin fərziyyəsinə görə, yanğına elektrik ötürücülü velosiped səbəb olub. Qurğu enerji yığımı zamanı alovlanıb.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/pekinde-elektrovelosipedin-alovlanmasi-neticesinde-5-nefer-olub-8-i-yaralanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR