Yaponiyada ABŞ hərbi vertolyotu pəncərə şüşəsinin şagirdin üzərinə düşməsinə səbəb olub

Yaponiyada ABŞ hərbi vertolyotu pəncərə şüşəsinin şagirdin üzərinə düşməsinə səbəb olub
07:57 13 Dekabr 2017
130 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 13 dekabr. REPORT.AZ/ Yaponiyada Okinava prefekturasının Qinovan şəhər məktəbinin ibtidai sinif şagirdi pəncərə şüşəsinin onun üzərinə düşməsi nəticəsində xəsarət alıb.
“Report” NHK telekanalına istinadən xəbər verir ki, ehtimala görə, şüşə yaxınlıqdan "SH-53" tipli Amerika hərbi vertolyotunun keçməsi nəticəsində titrəyişdən yerə düşüb.
Sahəsi təqribən 1 metr olan şüşə 30 şagirdin və bir neçə müəllimin bədən tərbiyəsi ilə məşğul olduğu idman meydançasına düşüb. Uşaq sol qolundan xəsarət alıb.
Hazırda polis hadisənin səbəblərini araşdırır.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/yaponiyada-abs-herbi-vertolyotu-pencere-susesinin-sagirdin-uzerine-dusmesine-sebeb-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR