Goranboyda ağır yol qəzası

Goranboy rayonunda ağır yol qəzası olub, ölənlər var.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Metbuat.az-a verilən məlumata görə, FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Goranboy rayonu, Qarqucaq kəndində “VAZ” markalı minik avtomobili və “Shacman” markalı yük avtomobili toqquşub.

Hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sürücünün və 2 nəfər sərnişinin meyitlərini deformasiyaya uğramış minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Azərbaycanlı alimə ölüm hökmü verildi - Səbəbi isə... - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR