Rəşad Sadıqov Azərbaycan millisinə baş məşqçi təyin edildi

Rəşad Sadıqov Azərbaycan millisinə baş məşqçi təyin edildi
10:24 13 Dekabr 2017
65 Digər
Ölkə mətbuatı
A- A+

 

Azərbaycan yığmalarında yeni təyinatlar açıqlanıb. Apasport.az-ın AFFA-ın rəsmi saytına istinadən məlumatına görə, 2018-ci ildən aşağı yaş qrupu üzrə millilərdə çalışacaq mütəxəssislər müəyyənləşib.

 

U-20 və U-21 millisinə “Qarabağ”ın kapitanı, eləcə də klubun U-19 komandasının baş məşqçisi Rəşad Sadıqov təyin edilib.

 

Bundan əlavə, Vüqar Məmməd U-19, Zaur Həşimov U-18, Ramin Quliyev isə U-17-yə gətirilib.

 

Təyinatlarla yanaşı, 2 yaş qrupu üzrə yığma da yaradılıb. Bunlar U-20 və U-18 komandalarıdı. Hər iki yığmanın funksiyası bir yaş yuxarı milliyə oyunçular yetişdirmək olacaq.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/290015

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR