“Real” “Beşiktaş”a möhtac qaldı: “Pepeni geri verin”

“Real” “Beşiktaş”a möhtac qaldı: “Pepeni geri verin”
10:28 13 Dekabr 2017
117 İdman
Ölkə mətbuatı
A- A+

İspaniya La Liqasında gərgin mövsüm yaşayan və lider “Barselona”dan 8 xal geridə olan “Real Madrid” müdafiəçi Rafael Varaneyin zədələnməsindən sonra hərəkətə keçib.

Publika.az xəbər verir ki, ispanlar Türkiyə çempionu “Beşiktaş”a transfer edilən Pepeni geri qaytarmaq üçün cəhdlər etməyə başlayıb.

Bu il Çempionlar Liqasındakı oyunlarda möhtəşəm performans sərgiləyən futbolçunun meneceri Xorxe Mendes isə Pepenin “Real”a qayıtmaq istəməyəcəyini, yeni komandasında xoşbəxt olduğunu bildirib. O, Pepenin hədəfinin Dünya Çempionatına getmək olduğunu və hələ ki, transfer haqqında düşünmədiyini deyib.

Portuqaliyalı ulduzun “Beşiktaş”a transfer edildiyi zaman da ağ-qaraların nümayəndəliyini edən Ahmet Bulut da baş verən prosesi doğrulayıb.

Zümrüd


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/224112.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR