ABŞ prezidenti yeni milli təhlükəsizlik strategiyasını açıqlayacaq

ABŞ prezidenti yeni milli təhlükəsizlik strategiyasını açıqlayacaq
10:32 13 Dekabr 2017
47 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 13 dekabr. REPORT.AZ/ ABŞ Prezidenti Donald Tramp dekabrın 18-də yeni milli təhlükəsizlik strategiyasını açıqlayacaq.
"Report" "Associated Press"ə istinadən xəbər verir ki, bu barədə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Herbert Makmaster bildirib.
Sənəd dörd əsas maddədən ibarət olacaq: amerikalıların müdafiəsi, ABŞ-ın rifahının gücləndirilməsi, "güc vasitəsilə sülhün qorunması" və Amerikanın təsirinin artırılması.
"Geosiyasət geri qayıdıb, özü də ikiqat güclə qayıdıb", - müşavir vurğulayıb.
Bu strategiyada həmçinin amerikalılara və onların maraqlarına təhlükələr müəyyən ediləcək. Belə təhlükələr sırasında Rusiya, Şimali Koreya və İranın qeyd ediləcəyi gözlənilir.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/abs-prezidenti-yeni-milli-tehlukesizlik-strategiyasini-aciqlayacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR