Kişi arvadını və 3 uşağını öldürdü, cəsədlərini isə ... - FOTO

Kişi arvadını və 3 uşağını öldürdü, cəsədlərini isə ... - FOTO
10:43 13 Dekabr 2017
89 Dünya
Ölkə mətbuatı
A- A+

Əsəbləri yerində olmayan kişi həyat yoldaşını və 3 övladını acımasızca qətlə yetirib. HadisəTürkiyənin Kayseri bölgəsində baş verib.

Publika.az xəbər verir ki, naməlum səbəblərdən qəzəblənən Erol Adıyaman evə gələrək əvvəl həyat yoldaşı Səfiyə Adıyamanı öldürüb. Uşaqların gözü önündə analarını qətlə yetirən kişi, daha sonra 3 övladını - Çinar Berk Adıyaman, Elanur Adıyaman və Nazlı Nur Adıyamanı da öldürüb.

Əsəbi soyumayan ata daha sonra cəsədləri yaşadığı evin 2-ci mərtəbəsindən aşağı atıb.

Cinayətkar ata xəstəxanaya aparılıb. Hadisə yerinə gələn tibbi briqada cəsədləri ekspertizaya göndərib.

İlkin məlumatlara görə, kişi xəstəxanada komaya düşüb.

Faktla bağlı cinayət işi açılıb

Könül Cəfərli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/224115.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR