Artur Rasi-zadənin köməkçilərinin sayı 7-dən 3-ə endirilib

Artur Rasi-zadənin köməkçilərinin sayı 7-dən 3-ə endirilib
10:57 13 Dekabr 2017
80 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 13 dekabr. REPORT.AZ/ Azərbaycan Baş nazirinin köməkçilərinin sayı azaldılıb.
“Report”un xəbərinə görə, bununla bağlı Baş nazir Artur Rasi-zadə “Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının strukturunun ştat cədvəli”ndə dəyişiklik edilməsi barədə qərar imzalayıb.
Dəyişikliyə əsasən, Baş nazirin köməkçilərinin sayı 7-dən 3-ə endirilib.
Bundan başqa, Baş nazirin birinci müavininin köməkçilərinin sayı artırılaraq 2-yə çatdırılıb. Ştat cədvəlinin “Baş nazirin birinci müavininin xidməti” bölməsinə isə 4 baş məsləhətçi ştatı əlavə edilib. Nazirlər Kabinetinin Hüquq şöbəsində də aparıcı məsləhətçi ştatı yaradılıb. 
Dəyişikliyə əsasən, Normativ hüquqi aktların sistemləşdirilməsi və arxiv işi üzrə sektor şöbəsində böyük məsləhətçilərin sayı 1-dən 2-yə, məsləhətçilərin də sayı 1-dən 2-yə çatdırılıb.

Xəbərin orijinal ünvanı: https://report.az/daxili-siyaset/artur-rasi-zadenin-komekcilerinin-sayi-7-den-3-e-endirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR