Azərbaycanda əsas kapitala sərmayələr 5% artıb

Azərbaycanda əsas kapitala sərmayələr 5% artıb
11:12 13 Dekabr 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 13 dekabr. REPORT.AZ/ Cari ilin yanvar-noyabr aylarında Azərbaycanın iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala yönəldilmiş 13 688,4 mln. manat vəsaitin 6 051,7 mln. manatı və ya 44,2%-i qeyri-neft sektoruna sərf edilib və bu sektorda investisiyaların həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 8,5% artıb. Bu barədə “Report”a Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib.
Məlumata görə, əsas kapitala yatırılan sərmayələrin həcmi 688,4 mln. manat yaxud 5,3% artıb.
Ümumi sərmayənin 73,4%-i bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilib, istifadə olunmuş vəsaitin 77,0%-i məhsul istehsalı obyektlərinin, 17,1%-i xidmət sahələri üzrə obyektlərin, 5,9%-i isə ümumi sahəsi 1,536 mln. kv. metr olan yaşayış evlərinin tikintisinin payına düşüb. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 42,2%-ni təşkil edib.
Əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 65,6%, bank kreditləri 12,7%, büdcə vəsaitləri 14,1%, əhalinin şəxsi vəsaitləri 5,4%, büdcədənkənar fondların vəsaitləri 1,4%, sair vəsaitlər isə 0,8% təşkil edib.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/azerbaycanda-esas-kapitala-sermayeler-5-artib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR